RU

Ağdamda yanğına səbəb olan şəxs saxlanılıb

Ağdamda yanğına səbəb olan şəxs saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Bildirilib ki, avqust ayının 18-də Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən altı hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Araşdırmalarla yanğını kənd sakini, 48 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub.

S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülüb.
Избранный
28
25
sherg.az

10Источники