RU

Azərbaycanın ixracı azalıb, idxalı artıb - MÜSBƏT SALDO 3 DƏFƏDƏN ÇOX KİÇİLİB

2025-ci ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 28 milyard 841 milyon 814 min ABŞ dolları təşkil edib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, ixrac əməliyyatları üzrə 15 milyard 226 milyon 994 min ABŞ dolları, idxal əməliyyatları üzrə 13 milyard 614 milyon 820 min ABŞ dolları ticarət qeydə alınıb. Saldo müsbət 1 milyard 612 milyon 175 min ABŞ dolları olub.

Xatırladaq ki, 2024-cü ilin 7 ayı ərzində (yanvar-iyul) ixrac16 milyard 98 milyon 919 min ABŞ dolları, idxal 10 milyard 793 milyon 201 min ABŞ dolları, saldo 5 milyard 305 milyon 719 min ABŞ dolları təşkil etmişdi.

Beləliklə, Azərbaycanın ixracının azalması, idxalının həcminin isə artması ilə əlaqədar olaraq müsbət saldo 3,3 dəfə azalıb. 

Избранный
37
50
marja.az

10Источники