RU

Sanço “Roma”ya keçməkdən imtina etdi

“Mançester Yunayted”in cinah futbolçusu Ceydon Sanço karyerasını “Roma”da davam etdirməyəcək.

İdmanxeber.az xəbər verir ki, ingiltərəli oyunçu İtaliya klubunun təklifini qəbul etməyib və transferdən imtina edib.

Bundan əvvəl “Mançester Yunayted” və “Roma”nın futbolçu üçün 20 milyon funt-sterlinq məbləğində razılığa gəldiyi iddia olunmuşdu.

Sanço 2024/25 mövsümünü icarə əsasında “Çelsi”də keçirib.

Избранный
54
24
idmanxeber.az

10Источники