RU

Braziliyada hakim qolun təkrarına VAR-da 8 dəqiqə baxdı - VİDEO

Braziliya çempionatında XX turun "Korintians" - "Baiyya" görüşü zamanı baş hakim Paulo Sezar Zanovelli qapıdan keçən topla bağlı qərar qəbulu üçün epizodun təkrarını 8 dəqiqədən çox izləməli olub.

Sportal.az xəbər verir ki, bu, 31-ci dəqiqədə qonaq komandanın futbolçusu İnasio Gilyermenin hesabı 1:1 etməsindən sonra baş verib.

Referi qonaqların qapıçısı Ronaldoya qarşı qayda pozuntusunun, VAR briqadası isə ofsaydın olub-olmadığını uzun müddət aydınlaşdırmağa çalışıb. Son nəticədə qol qeydə alınıb.

Bütün ləngimələrlə əlaqədar birinci hissə bir saatadək uzanıb.

Qeyd edək ki, görüş "Baiyya"nın səfər qələbəsi ilə yekunlaşıb - 2:1. (Teleqraf.az)

saytlarin hazirlanmasi

Избранный
14
50
sportal.az

10Источники