RU

Səhvini başa düşdü, Qurban Qurbanova söz verdi, BAĞIŞLANDI!

«Qarabağ»ın müdafiəçisi Kevin Medinanın yenidən əsas heyətə dönməsinin səbəbi məlum olub.

Bu, kolumbiyalı legionerin Qurban Qurbanova verdiyi sözə görədir.

Belə ki, «Tank» ləqəbli cənubi amerikalı baş məşqçi vəd edib ki, bundan sonra şəxsi həyatına diqqət ayıracaq və bütün fikrini futbola yönəldəcək.

Bir müddət əvvəl həyat yoldaşından boşanan Medina psixoloji cəhətdən çətin günlər yaşadığını söyləyib.

32 yaşlı müdafiəçi bu səbəbdən yaşam tərzinin dəyişdiyini, depressiyadan çıxmaq üçün əyləncə məclisləri təşkil etdiyini gizlətməyib.

2021-ci ildən «Qarabağ»ın formasını geyinən əcnəbi maydan bəri «qara siyahı»da idi. Bu üzdən «Şelbrun»la Çempionlasr Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda da ehtiyatda qalıb.

SPORTİNFO.AZ

Избранный
7
50
sportinfo.az

10Источники