RU

Xaricə pomidor satışından gəlir artıb – 7 ayda 157 milyon dollar qazanc

2025-ci ilin yanvar-iyul ayında Azərbaycandan 156 milyon 872 min dollar dəyərində 143 578 ton pomidor ixrac olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12.4% artıb, miqdar ifadəsilə 23% artıb.

2024-cü ilin eyni ayında Azərbaycandan 139 milyon 524 min dollar dəyərində 116 935 ton pomidor ixrac olunmuşdu.

Bu il ümumi ixracının 1.03%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 7.51%-i pomidorun payına düşüb.

Избранный
45
41
banker.az

10Источники