RU

Vaşınqton bəyannaməsi: Azərbaycanın uğurlu dövlət siyasətinin məntiqi nəticəsi

“Vaşinqton görüşü prezident İlham Əliyevin daha bir uğuru oldu”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri, Pedaqoji elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akakdemiyasının akademiki Həsən Bayramov deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı hətta erməni tərəfinə bir çox beynəlxalq səviyyədə tanınmış diplomatların dediyi kimi, “ev tapşırığı” da verdi.”Get, ölkəndə referendum keçir.Strateji əməkdaşlığın yolunu aç,qonşulara qarşı ərazi iddialarından əl çək!”

Müsahibimizə görə, butün bunlar hətta əldə edilən ilkin razılaşmadan yüksək əhval ruhiyyənin və qarşılıqlı etimaddan qaynaqlanan entuziazmın da baş memarı olaraq oval ofisdə özünü sərbəst və qürurlu aparan prezidentimizin qalib davranışlarının nəticəsi idi:

“Hətta dövlətimizin başçısı quru nitqi, adama yovuşmaz təbiəti ilə Ağ Ev sahibinin də diqqətini qeyri-adi səviyyədə cəlb etdi, onun “Siz çox yaxşı danışıq aparan müsahibsiniz”etirafına nail oldu”.

H.Bayramov vurğulayıb ki, Azərbaycan daim ikitərəfli qardaşlıq əlaqələri sayəsində çox güclü sosial-iqtisadi müttəfiqliyə nail olduğu Orta Asiya respublikaları üçün də yeni logistik məkanın mərkəzi habına çevriləcəyi iddiasını ortaya qoydu. Dediyinə görə, bu ölkələrin rəhbərləri ilə həm də dost münasibətlərə nail olması prezidentin üstün diplomatik keyfiyyətini bir daha nümayiş etdirdi.

Həmsöhbətimiz qeyd edib ki, Çinin Azərbaycanla viza rejimini ləğv etməsi,Azərbaycandan keçən və keçəcək logistik imkanlara yüksək dəstək verməsi Zəhgəzur dəhlizinin açılması gücünə güc qatacaq:

“Bununla da Azərbaycan Çindən Orta Asiyaya, oradan da Avropaya və Yaxın Şərqədək çox böyük geosiyasi arealın, özü də narahat arealın qovşağı olaraq sabitliyin və sosial rifahın simvolu olacaq. Əminəm ki, bu əmin-amanlıq sülh və dostluq yolu qonşu İranın, İraqın, Suriyanın və Türkiyənin də yeni sosial-iqtisadi inkişafına stimul verəcək”.

Professor deyib ki, bu Bəyannamənin yaratdığı yeni imkanlar içərisində erməni cəmiyyətinin həqiqətin gözünə baxa bilməsi üçün katarsis prosesinə də təkan, eyni zamanda yeni, real, təmənnasız investisiya axınının yaradacağı ajiotaja hazırlaşmalarına xüsusi stimul verəcək:

“Bu, illərdir kol basmış regional layihələri gücləndirməklə bütün Xəzəryanı Qafqaz regionunu da əhatə etməklə,iqtisadi sıçrayış məkanına çevriləcək.Bunlar İlham Əliyevin Avrasiya miqyasında nəhəng siyasi hövzənin moderatoru olduğunu da  sübut edəcək. Bu müqavilə Rusiyadakı bəzi zurnaçılar dəstəsi üçün də sonun başlanğıcı olar”.

Həsən Bayramov: O halda Qərbi Azərbaycan İcmasına ehtiyac qalmayacaq ki...

Həmsöhbətimiz hesab edir ki, Azərbaycan nümunəsi Rusiya-Azərbaycan münasibətlərinə o dərəcədə müsbət təsir edəcək ki, oradakı moriginalların heç bir təsir gücü qalmayacaq.Onların hay-küyü sabun köpüyü təsiri bağışlayacaq.

“Bir sözlə,Vaşinqton Bəyannaməsindən Vaşinqton sülh sazişinə gedən yol Ermənistandakı referendumun vaxtınadəkdir. Həyatını riskə ataraq tarixi şansı real nəticəyə çevirənlər tarixin yaddaşına xalqın böyük oğlu kimi düşəcəklər”.

Müsahibimiz Vaşinqton görüşündən sonra Qərbi Azərbaycan İcmasının öz missiyasına son qoyacağı barədə deyilənlərə də münasibət bildirib:

“Sülh razılaşmasının növbəti mərhələsi uğurla başa çatarsa qədim ellərimizə sərbəst, ləyaqətli, şərəfli və təkrar geri dönüşə heç bir əsasın qalmadığı vaxtda, əlbəttə, İcmaya ehtiyac qalmayacaq. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Vaşinqton görüşünün nəticələri ilə bağlı “Qorxduğumuz başımıza gəldi” ifadəsi göstərir ki, biz elə qonşularla yaşamağa möhtacıq ki, onlar çox böyük geosiyasi imkanlardan bəhrələnmək üçün daim tətikdə olacaqlar. Bu halda Qərbi Azərbaycan İcmasının da dövlət siyasətinə dəstək məqsədli fəaliyyətinə çox ehtiyac olacaq”.

Əli Hüseynov

Избранный
88
50
bakivaxti.az

10Источники