Müğənni Nərmin Kərimbəyova yay mövsümündə istirahətdən çox sənətinə yer ayırıb. Sənətçi günlər öncə Azərbaycanın diyar guşələrində konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, musiqili günlər artıq Gəncə, Qəbələ şəhərlərində baş tutub. Davamlı olaraq Lənkəran, Sumqayıtda da gözlənilir.
Festivaldan olduqca məmnun qalan Nərmin fikirlərini belə ifadə edib: "Sayca 2-ci konsert Qəbələdə keçirildi. Çıxışım böyük izdihamla qarşılandı. Səhnədən insanların mahnılarımı mənimlə birgə ifa etdiyini görürdüm. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Konsert çox səmimi keçdi. Doğma Qəbələ məni sevgi ilə qarşılayıb yola saldı".