RU

"Milan"dan ayrıldı, Yunanıstan klubu ilə müqavilə imzaladı

"Milan"dan ayrılan Davide Kalabriyanın yeni klubunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, italiyalı futbolçu karyerasını Yunanıstan Super Liqasında davam etdirəcək.

Kalabriya "Panatinaikos"a keçib. Bu barədə Afina təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı sağ cinah müdafiəçisi yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Davide Kalabriya ötən mövsümün ikinci yarısında icarə əsasında "Bolonya"nın formasını geyinib. Təcrübəli oyunçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
32
24
sportal.az

10Источники