RU

Ərdoğan Tehranda Zəngəzuru da müzakirə edəcək

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İrana rəsmi səfər edəcək. İran xarici işlər nazirinin müavini Səid Xətibzadə türkiyəli həmkarı Nuh Yılmaz ilə görüşdə bu barədə məlumat verib.

O, İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının 9-cu iclasının keçiriləcəyini xatırladıb və Ərdoğanın Tehrana planlaşdırılan səfərinin iki ölkə münasibətləri baxımından vacib əhəmiyyət daşıdığını bildirib.

Səfər Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfi görüşündən sonraya təsadüf edir.

Görüşdə Azərbaycanla bağlı məsələlərin də müzakirə edilib-edilməyəcəyi diqqətçəkən nüansdır.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun üzvü Aydın Mirzəzadə bildirib ki, Ərdoğanın İran səfərində Azərbaycanla bağlı məsələlər də müzakirə olunacaq:

“Türkiyə dünyanın əsas ölkələrindən biridir. Onun liderinin xarici ölkələrə səfəri böyük maraq doğrur. Cənab Ərdoğanın İrana səfəri iki ölkə arasındakı münasibətlər, eyni zamanda regional və beynəlxalq məsələlərin müzakirəsinə həsr ediləcək. Bu baxımdan görüşdə Azərbaycana da aid olan məsələlərin müzakirəsi gözlənilir. Son dövrlərdə İranla Azərbaycan arasında münasibətlərin istiləşməsi, Zəngəzur dəhlizi məsələsinin müzakirəsi də görüşün gündəliyində tamamilə mövcuddur. Çünki Zəngəzur dəhlizi yalnız Azərbaycanla Ermənistana aid yox, ümumilikdə dünyanın işə düşməsini gözlədiyi böyük layihədir. Bu Asiya ilə Avropa arasında yükdaşımanı qısaldacaq və daha sərfəli edəcək. Buradan hər bir ölkə, o cümlədən qonşu dövlətlər faydalanacaq. İranın özü də bu marşuruta qoşulmaqla dünyaya əlavə çıxış əldə edəcək”.

Parlamentari vurğulayıb ki, Türkiyə, Azərbaycan və İran tarixi qonşulardır və bu qonşuluq münasibətləri daim yüksək səviyyədə olmalı, əməkdaşlıq daim genişlənməli, onun yeni formaları axtarılmalıdır:

“Həm ikitərəfli, həm də üçtərəfli münasibətlərdə regionda və beynəlxalq miqyasda təhlükəsizliyin təmin edilməsinə birgə töhfə verilməsi olduqca vacib olan məsələdir. İnanıram ki, Türkiyə liderinin İrana səfəri həm ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatmasına, eyni zamanda regional və beynəlxalq məsələlərə konstruktiv mövqeyin ortaya qoyulmasına səbəb olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
75
50
modern.az

10Источники