Vladimir Zelenski Vaşinqtonda Donald Trampla görüşdən əvvəl ümidsiz vəziyyətdə qalıb.
Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, o, ABŞ liderinin qəzəbi ilə münaqişənin həlli üçün razılaşmanı təsdiqləmək arasında seçim etməlidir.
Agentliyin məlumatına görə, Zelenskini müşayiət edən Avropa liderlərinin Trampa təsir rıçaqları yoxdur. Eyni zamanda, onların arasında fikir ayrılıqları var.
Nəşrin müəllifləri hesab edirlər ki, Ukrayna lideri ABŞ-ın sövdələşmənin bir hissəsi kimi verə biləcəyi təminatlar haqqında daha çox öyrənməyə çalışacaq. Agentliyin mənbələri Zelenskinin Rusiya və Amerika nümayəndələri ilə üçtərəfli görüşün tarixlərini təyin etmək, eləcə də Vaşinqtonu Rusiyaya qarşı yeni sanksiyalara sövq etmək niyyətindən xəbər veriblər.