RU

Putin Ramafosa ilə danışdı

Operativ MM portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Danışıq zamanı Alyaskada keçirilən Rusiya-Amerika sammitinin əsas nəticələri müzakirə olunub.

Putin Alyaskada keçirilən yüksəksəviyyəli Rusiya-Amerika danışıqlarının əsas nəticələrini bölüşüb.

Ramafosa Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş diplomatik səylərə dəstəyini ifadə edib.

Bundan əlavə, Putin və Ramafosa Moskva ilə Pretoriya arasında hərtərəfli strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi və beynəlxalq platformalarda sıx əməkdaşlığın davam etdirilməsi əzmində olduqlarını təsdiqləyiblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
81
47
operativmm.az

10Источники