RU

“Turan Tovuz” ötən mövsüm İspaniya La Liqasında oynamış futbolçunu gətirdi

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Qərb klubu Enrike Silva ilə anlaşıb.

Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan 31 yaşlı braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib. O, Braziliyanın U-20 milli komandansının üzvü olub.

Qeyd edək ki, futbolçu Tovuz təmsilçiisnə azad agent kimi keçib.  Silva ötən mövsüm 5 oyunda meydana çıxıb (ümumən 354 dəqiqə).

Избранный
34
50
msport.az

10Источники