Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
London, 18 avqust, AZƏRTAC
Avstraliyanın Federal Məhkəməsi “Qantas Airways” aviaşirkətini COVID-19 pandemiyası dövründə işçiləri qanunsuz şəkildə ixtisar etdiyinə görə təxminən 58 milyon ABŞ dolları məbləğində cərimələyib.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, bu məbləğ şirkətin artıq keçmiş əməkdaşlarına ödəməyi qəbul etdiyi 77 milyon ABŞ dolları kompensasiyaya əlavə olaraq tətbiq olunub. Hakim Maykl Li qərarda 2020-ci ilin sonlarında 1820 baqaj daşıyıcısı və təmizlikçi işçisinin ixtisarını Avstraliya əmək qanunvericiliyinin 120 illik tarixində ən böyük və ən ciddi pozuntu adlandırıb.
Beş il davam edən hüquqi mübarizəni aparan Nəqliyyat İşçiləri İttifaqı cərimənin təxminən 32 milyon ABŞ dollarını alacaq. Qalan məbləğin hara yönləndiriləcəyi isə sonradan müəyyən ediləcək. İttifaq bəyan edib ki, bu qərar işçilərə qarşı qanunsuz rəftar edən işəgötürənlərə ciddi xəbərdarlıqdır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.