RU

Ötən həftə azad edilmiş ərazilərdə 153 piyada əleyhinə mina aşkarlanıb

Bakı.Trend:

Azad olunan ərazilərdə avqustun 11-dən 17-nə qədər 30 tankəleyhinə mina, 153 piyada əleyhinə mina, 673 partlamamış hərbisursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA)azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləməəməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd edilib.

Bildirilib ki, 1362.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edilib ki, minatəmizləmə əməliyyatlarını ANAMA, MüdafiəNazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət SərhədXidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlıvə Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azadedilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılıkəndlərində həyata keçirib.

Məqalədə:
Избранный
25
50
az.trend.az

10Источники