RU

İran XİN-dən “Tramp marşrutu” ilə bağlı AÇIQLAMA

Azərbaycan və Ermənistanın Vaşinqtonda bəyanat imzalaması iki ölkənin suveren qərarı olub. Biz, əvvəlki kimi, iki ölkə arasında Cənubi Qafqazda təhlükəsizliyin və davamlı sabitliyin əsasını təşkil edəcək sülh sazişinin təsdiqlənməsinin tərəfdarıyıq.

“Cebheinfo.az” Bakupost.az -a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib.

Onun sözlərinə görə, İran blokadanın aradan qaldırılmasını və region ölkələri arasında kommunikasiya yollarının yaradılmasını dəstəkləyir.Lakin bu yollar beynəlxalq səviyyədə tanınmış sərhədləri qoruyub saxlamalı, ölkələrin ərazi bütövlüyünə hörmət etməli və heç bir geosiyasi dəyişikliklə müşayiət olunmamalıdır.

Bəqai həmçinin qeyd edib ki, xarici qüvvələrin regionda mövcudluğu faydalı hesab edilmir və Tehran bu məsələdə öz narahatlığını bildirib:

“Bizə zəmanət verilib ki, regionda heç bir formatda hərbi qüvvələr yerləşdirilməyəcək.Sülh sazişinin mühüm bəndlərindən biri də Azərbaycan və Ermənistanın ümumi sərhədləri boyunca üçüncü tərəflərin hərbi qüvvələrinin yerləşdirilməsinə qadağadır.Buna görə də biz bu məsələdən narahatıq, hadisələrin gedişini diqqətlə izləyirik və hər iki ölkə ilə sıx təmasdayıq”, – deyə o vurğulayıb.

“Cebheinfo.az”

Избранный
77
50
cebheinfo.az

10Источники