RU

"Ailəmizin dörd üzvü top atəşləri nəticəsində həlak oldu"

Avqustun 18-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslərin hüquqi varisi Çingiz Alməmmədov ifadə verib.

AZƏRTAC xəbər verir ki, o, Laçın rayonundan məcburi köçkün düşdüyünü deyib. Zərərçəkmiş şəxs polis əməkdaşı kimi Laçının müdafiəsində iştirak etdiyini də söyləyib. Laçının işğalı zamanı Ermənistanın Gorus rayonundan açılan top atəşləri nəticəsində atası İdris Alməmmədov, qardaşı Ehtiram Alməmmədov, qardaşının həyat yoldaşı Mahirə Alməmmədova və qardaşının körpə övladı həlak olub. Ç.Alməmmədov onların Ağcabədi rayonunda dəfn edildiyini deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Избранный
35
50
milliyol.az

10Источники