RU

Bloger 30 yaşlı avtomobilin çəninə benzin əvəzinə bu mayeni tökdü FOTO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Avtomobil həvəskarı və “AutoVlog” “YouTube” kanalının yaradıcısı Maykl Veym qeyri-adi təcrübə apararaq 1994-cü il istehsalı olan “Ford Ranger” pikapını benzin əvəzinə araqla işlətməyə çalışıb. 

Avtosfer.az xəbər verir ki, maraqlı sınaqda Maykl “Ranger Danger” ləqəbli yük maşınının çənini tamamilə boşaldaraq ora araq doldurub və mühərriki işə salıb.

Nəticə isə gözlənilməz olub. Köhnə “Ford Ranger” araqla işləyə bilib. Lakin bu, sabit və problemsiz iş rejimi olmayıb. Mühərrikdən gələn sərt və qeyri-bərabər səslər, qulaqbatırıcı uğultu və fərqli qoxu, bu yanacağın heç vaxt sərfəli alternativ ola bilməyəcəyini sübut edib.

Bloger bu təcrübənin enjektorlara və yanacaq sisteminə ciddi zərər vurduğunu bilsə də, maraq naminə köhnə avtomobili riskə atmaqdan çəkinməyib.

Eksperiment eyni zamanda bir həqiqəti də göstərib: 1990-cı illərin sadə və mexaniki baxımdan möhkəm mühərrikləri qeyri-ənənəvi yanacaqlara daha davamlıdır. Müasir, texnoloji cəhətdən inkişaf etmiş mühərriklər isə bu cür yanacaqlara uyğun deyil.

Mütəxəssislər bildirirlər ki, belə qeyri-adi sınaqlar yaxın gələcəkdə tarixə çevrilə bilər. Çünki elektrikləşmə inqilabı fonunda daxili yanma mühərrikləri tədricən istehsaldan çıxarılır. Artıq bəzi ölkələrdə yeni qeydiyyatdan keçən avtomobillərin 90 faizdən çoxu elektriklə işləyir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
43
avtosfer.az

10Источники