Fələstin hökuməti tezliklə Qəzza zolağının idarə edilməsi üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Məhəmməd Mustafa Misir və Qəzza zolağı sərhədindəki "Rəfah" keçid məntəqəsinin yaxınlığında keçirilən mətbuat konfransında bildirib.
"Biz tezliklə Qəzzanın idarə edilməsi üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, komitə Fələstin Milli Administrasiyasının nəzarəti altında olacaq.