Madridin “Atletiko” komandası 16 ildən sonra futbol üzrə İspaniya La Liqasının açılış matçında məğlubiyyətlə üzləşib.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin uğurlu seriyasına ötən gün “Espanyol”la səfər matçında son qoyulub.
Madrid klubu sonuncu dəfə 2009-cu ildə, 2009/2010-cu illər mövsümünün 1-ci turunda “Malaqa” ilə qarşılaşmada məğlubiyyətə üzülmüşdü – 0:3.
Xatırladaq ki, paytaxt təmsilçisi ötən gecə səfərdə gerçəkləşmiş oyunda “Espanyol”a 1:2 hesabı ilə uduzub. Qarşılaşmada hesabı qonaqlar açsa da, meydan sahibləri son dəqiqələrdə vurduqları 2 qolla əzmkar qələbəyə seviniblər.