RU

Qubada din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Qubada din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Qeyd edilib ki, seminar avqustun 20-21-ni əhatə edəcək.

Məlumata görə, bölgənin din xadimləri və dini icma sədrlərinin iştirak edəcəyi “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” adlı seminar-treninqin məqsədi dini fəaliyyətlə məşğul olan şəxslərin peşəkar hazırlığını gücləndirmək, müasir dövrün çağırışları barədə fikir mübadiləsi aparmaq, maarifləndirmə və şəbəkələşməni təşviq etmək, həmçinin hüquqi bilikləri təkmilləşdirmək və kommunikativ bacarıqları inkişaf etdirməkdir.

Seminar-treninqdə müxtəlif aktual mövzularda sahə üzrə ekspertlərin məruzələri dinləniləcək və interaktiv müzakirələr təşkil olunacaq.

Vurğulanıb ki, seminar-treninqlərin Masallı, Şəki və Göyçay rayonlarında da təşkil olunması nəzərdə tutulur.

Избранный
30
44
report.az

10Источники