RU

“Azad seçim” varmı? Orxan Saffari yazır...

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azadlıq, azad olmaq haqqında milyonlarla fikir olduğunu desək, çox yəqin, yanılmarıq.

Əlbəttə, bu məsələdə yaranan fikirlərin, “Azadlıq var, ya yox?” sualına konkret bir cavabın olmaması təbiidir.

Fəqət maraqlıdır, məsələn, azad seçimlər necə?

İnsan azad seçim edə bilirmi?

Bunun bir psixoloji, fəlsəfi tərəfi varmı?

Məsələn, azad seçim haqqında hər kəsin deyə biləyəcəyi ifadə var:

“Mən seçimimdə sərbəstəm, özüm seçirəm, seçmişəm”.

Sual olunur: Seçdiyimiz nəsnəni həqiqətənmi biz seçirik, yoxsa bizim yerimizə həyat şərtləri, şüuraltı instinktlər artıq seçib?

Psixoloji olaraq baxılsa, əslində, verilən qərarlar əvvəlcədən formalaşan düşüncələrdir. Hansısa həyat şərtlərinin içində əvvəlcə nələrəsə və kimlərəsə görə götür-qoy edilir və dildə bu azad seçim məsələsi baş verir.

Bəzən insan seçdiyi düşündüyü nəsnənin özü əslində onu seçmiş olur. Bu azad seçim isə cəmiyyətdən, dəyərlərdən, müxtəlif təzyiqlərdən asılı olur.

İnsanın azad seçimi dediyi məsələlər də adətən, gələcək rihafa, konfort yaşayışa hesablanır. Məsələn, dünyada nə qədər adam azad seçim olaraq səfil həyatı seçib?

Nə qədər adam azad seçim olaraq hər şeydən və hamıdan imtina etməyi bacarıb?

Hesablanmış azad seçimlər adətən, nəyə görə tənzimlənir? Bəlkə, sosial amillərə görə? O zaman bu azad seçim olurmu? Azad seçim dediyimiz daha yaxşı olmağa çalışmaq üçün deyilmi və bu yaxşı olmağa çalışmaq əlavə təsirlərdən formalaşmırmı?

Məsələn, iş seçimi. Kimsə bir iş seçir. Şüur bunu “öz istəyi” kimi təqdim etsə də, belə deyil. Bu cür sosial seçimlər daha çox uşaqlıqda formalaşmış qorxular, valideynlərin gözləntiləri, sosial stereotiplər qərarı istiqamətləndirir.

Ekzistensialistlərə görə, insan seçimində azaddır, hətta seçməməyin özü belə seçimdir. Bəs seçməmək özü necə formalaşır? İnsan nəyi seçmir? Əlbəttə, daha çox komfortunu pozacaq, ayıb sayılacaq, çətin olacaq məsələləri. Bəs bunu seçmir? O da əlbət, daxili və kənar təzyiqlərə görə.

Bu mənada determinist baxış azad seçimlərin onsuz da, əvvəlcədən şərtləndiyini deyir. Bəzən insan seçdiyini sandığı məsələlər, onsuz da, başqa cür ola bilməzdi.

İnsanın azad seçimləri çox vaxt nəticədən asılı olur. Daha dəqiq, seçimlər əksərən uğurlu olduqda yüklənən eqo “Mən seçdim, özüm istədim, uğur qazandım” deyir.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
8
icma.az

10Источники