RU

Tramp Zelenskini “günah keçisi” EDƏCƏK

 “Ukrayna” hərəkatının lideri və ölkədə qadağan olunmuş “Müxalif Platforma – Həyat Naminə” Partiyasının sabiq sədri Viktor Medvedçuk Avropanın yaxın gələcəkdə Vladimir Zelenskidən imtina edəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, siyasətçi “The Times” qəzetinin bir müddət əvvəl yayımladığı xəbərə diqqət çəkib.

Məqalədə qeyd olunurdu ki, ABŞ-nin Ukraynada sülh üçün vasitəçilik səyləri uğursuz olacağı təqdirdə Prezident Donald Tramp Zelenskini “günah keçisi” edə bilər

“Əsas sual bundan ibarətdir ki, avropalı liderlər Ukrayna münaqişəsini itirilmiş bir məsələ kimi görərək öz fürerini (Zelenski nəzərdə tutulur-red.) bir kənara atacaq, yoxsa ondan fayda əldə etmək üçün mübarizəni davam etdirəcək? Avropa bu mövzuda ikiyə bölünüb”,- deyə Medvedçuk “Smotrim.ru” üçün qələmə aldığı yazısında bildirib. 

 O, “Amma dəqiq olan budur ki, Zelenski tez olmasa belə yaxın gələcəkdə tərk ediləcək”, - deyə əlavə edib. Hərəkatın lideri vurğulayıb ki, Avropa artıq “çürük bir anlaşmaya zorlandığını” anlamağa başlayıb və indi “əllərini təmizləməli” olduğunu düşünür. 
Nigar Hacılı

"Cebheinfo.az

Избранный
89
50
cebheinfo.az

10Источники