RU

BMU məzunu Britaniyada oxuyacaq

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Mühəndislik Universitetinin (BMU) “Maliyyə” ixtisasının (ingilis bölməsi) məzunu Zərifə Vəliyeva Böyük Britaniyanın Varvik Universitetində magistratura səviyyəsi üzrə təhsilini davam etdirmək hüququ qazanıb. O, bu nüfuzlu universitetin “Finance and economics” ixtisasında “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı ilə dair Dövlət Proqramı” çərçivəsində təhsil alacaq.

Modern.az xəbər verir kİ, 2020-ci ildə BMU-ya 620 balla qəbul olan Zərifə Vəliyeva universiteti ortalama 97.48 balla fakültə birincisi kimi fərqlənmə diplomu ilə bitirib. Rus, alman və ingilis dillərini bilən BMU məzununun rəsmi IELTS balı 8-dir.

Tələbəlik dövrü ərzində dərslərdən əlavə olaraq Dövlət Vergi Xidmətinin təşkil etdiyi “Vergilər” mövzüsunda ümumrespublika olimpiadasında, həmçinin Dövlət Statistika Komitəsi tərəfindən keçirilən statistik olimpiadada uğur qazanıb. “SABAH.academy”nin təşkilatçılığı ilə “Sahibkarlığa giriş” layihəsində komanda lideri olub.

Təcrübə dövrünü Hesablama Palatasında keçən Zərifə Vəliyeva hazırda “Baker Tilly Azərbaycan” şirkətində “Tax and legal” (Vergi və hüquqi məsələlər) departamentində çalışır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
16
modern.az

10Источники