RU

Atilla Quluzadə (10-cu sinif şagirdi): “Prezident İlham Əliyevin çoxlarına dərs olacaq siyasəti”

Avqustun 8-də  Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda üç tərəfli görüşü və imzaladıqları Birgə Bəyannamə Prezident İlham Əliyevin uzaq görən siyasətinin və diplomatiyasının uğurlu nəticəsi idi. Bu, Bəyanamə ilə ABŞ kimi dünyanın bir nömrəli super gücü başda olmaqla bütün ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın İkinci Qarabağ savaşında və anti-terror əməliyyatında əldə etdiyi tarixi qələbənin nəticələrini qəbul etdilər. Bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqla və güc balansı ilə razılaşdı. ATƏT-in Minsk Qrupunun ləğvi olunması haqda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin birgə müraciəti ilə 37 il davam edən Qarabağ münqaqişəsi rəsmən tarixin arxivinə gömüldü.
 
Bütün bunlar, yəni, Prezident İlham Əliyevin hərbi, siyasi və diplomatik uğurları münaqişədən əziyyət çəkən ölkələr, xüsusilə, Gürcüstanın, Moldovanın və Ukraynanın xəyal edə bilmədikləri gerçəklikdi. Azərbaycan sübut etdi ki, ağıllı və uzaqgörən siyasət aparmaqla ən çətin və mürəkkəb vəzifənin öhdəsindən gəlmək mümkündür. İlham Əliyev göstərdi ki, doğru siyasət qurmaqla Rusiyanı neytrallaşdırmaq, cəsarətli və prinsipial olmaqla Qərbin təzyiqinə tab gətirərək onillilər böyu davam edən Qarabaq kimi qəliz və mürəkkəb bir münaqişəni öz xeyrinə həll etmək mümkündü. 
 
Azərbaycanın ilər boyu Rusiya ilə qarışıq münasibəti olub. Bunların əksəriyyəti bizim tariximizdə qanlı həriflər ilə yazılıb. Belə halda ürək ilə yox ağıl ilə davranmalısan. Lakin asan səslənən bu sözlər əməldə eyni olmur. Məsələn, Gürcüstana və Ukraynaya nəzər saldıqda onların yol verdikləri geosiyasi səhvləri ağır nəticələrini görmək  olar. Xüsusilə, özünü demokratiyanın, sülhün simvolu kimi təqdim edən Fransa, İngiltərə, ABŞ, Almaniya kimi ölkələrin himayəsi altında olan  “müxəlifətcilər”in bu ölkələrin hazırladıqları rəngli inqilab planlarında aktiv rol oynamasını xatırlatmaq kifayətdi. Bu cür müdaxilə nəticəsində baş verən hakimiyyət çevrilişləri, Rusiya ilə silahlı  münaqişə və bir qütbdən asılılıq Gürcüstanda  və Ukraynada nəyə səbəb olduğu hamıya bəllidir və onu xüsusi şərh etməyə ehtiyac yoxdu. 
 
Eyni ssenarini vaxtilə Azərbaycanda da tətbiq etməyə dəfələrlə cəhd etdilər, lakin Prezident İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində bu planların qarşısı alındı.
 
Azərbaycanın Rusiya kimi ambisiyalı dövləti neytrallaşdırmaqla milli maraqlarını təmin etmək siyasəti isə diplomatiya tarixində hər zaman xatırlanacaq. Vətən müharibəsini qələbə ilə başa vuran Müzəffər Ali Baş Komandan 2020-ci ilin 10 noyabr Bəyanatı ilə Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinə razılıq verdi, lakin 2023-cü ildə Azərbaycan Qarabağda separatizmin kökünü kəsərək  öz suverenliyini tam bərpa etdi. 2024-cü ildə isə  çoxlarının gözləmədiyi halda Rusiya  sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılmasına nail oldu. Beləliklə, Azərbaycanın Prezidenti ağıllı siyasət apararaq ölkəmizin həm Rusiya, həm də Qərb qarşısında güclü və müstəqil olmasını təmin etdi. 
 
Ümumiyyətlə, demək olar ki, Azərbaycan regionda balanslı və uzaqgörən siyasət yürütməklə həm Qərb, həm də Rusiya ilə münasibətlərini uğurla tənzimləyə bilmişdir. İlham Əliyevin liderliyi sayəsində ölkəmiz xarici təsirlər qarşısında öz suverenliyini qoruyaraq strateji maraqlarını təmin etmiş, eyni zamanda regional sabitlik və təhlükəsizliyə töhfə vermişdir. Gürcüstan, Moldova və Ukrayna nümunələrindən fərqli olaraq Azərbaycan həm diplomatiya, həm iqtisadi, həm də hərbi sahələrdə düşünülmüş addımlar ataraq öz müstəqilliyini qorumaqda uğur qazanmış, beynəlxalq platformalarda güclü mövqe nümayiş etdirmişdir. Nəticədə, ölkəmiz yalnız regionda deyil, dünya siyasətində də etibarlı və önəmli oyunçu kimi tanınır.
 
Избранный
10
50
moderator.az

10Источники