RU

Misli Premyer Liqasının I turu iki legioner baş məşqçinin debütü ilə əlamətdar olub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 avqust, AZƏRTAC

Misli Premyer Liqasının I turu iki legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, portuqaliyalı Jorje Kaşkilya “İmişli”nin, serbiyalı Saşa İliç “Sumqayıt”ın “sükanı arxası”nda ilk çempionat matçına çıxıb.

Portuqaliyalı mütəxəssisin komandası evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzubsa, serbiyalı çalışdırıcı “Kəpəz” üzərində qələbəyə sevinib – 3:0. Bununla da Premyer Liqa (əvvəllər güclülər dəstəsi) tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Kaşkilya ilk portuqaliyalı olubsa, İliç 5-ci serbiyalıdır. O, həm də “Sumqayıt”ın 3-cü legioner çalışdırıcısı olub.

Qeyd edək ki, Jorje Kaşkilya “İmişli”nin Premyer Liqada ilk baş məşqçisidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
42
azertag.az

10Источники