
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Lipetsk vilayətinə pilotsuz təyyarə ilə hücum edib.
Reyting.az Rusiya Müdafiə Nazirliyinə istinadla bildirir ki, Ukraynaya məxsus pilotsuz təyyarə Lipetsk vilayəti üzərində Moskva vaxtı ilə saat 9:10-da vurulub.
Vurulan təyyarə təyyarə tipli pilotsuz təyyarələr sinfinə aiddir və yüzlərlə kilometr uçmağa qadirdir.
Qeyd olunur ki, avqustun 18-nə keçən gecə Ukrayna hərbçiləri Rusiyaya 20-dən çox pilotsuz uçan aparat göndəriblər.
ELÇİN