Suriya ordusuna inteqrasiyası gözlənilən və özünü Suriya Demokrati Qüvvələrinin (əslində, PKK/YPG) üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirməməsi ölkdə yeni müharibə ab-havası yaradıb.
Mia.az xarici mətbuiata istinadla xəbər verir ki, bir neçə gün əvvəl Suriya prezidenti ölkənin nüfuzlu şəsləri ilə görüşdə YPG qüvvələrinə qarşı əməliyyat siqnalı verib. O, kürd qrupların inteqrasiyanı bəhanələrlə uzatmasını və faktiki davranışlarının artıq səbr kasasını doldurduğunu gizlətməyib.
Məlumata görə, bu anonsun mürəkkəbi qurumamış hökumətin istəyi ilə Müdafiə Nazirliyi əməliyyat hazırlığəna strat verib: "Ordu artıq YPG-nin nəzaərtində olan bölgəyə doğru əlavə 50 min canlı qüvvə və texnika yönləndirməyə başlayıb. Bununla belə, terror təşkilatına qarşı çıxan ərəb qəbilələri də əməliyyata dəstək verəcək. Onlıar silahlı dəstələlərini hökumətin sərəncamına verməyə ahzır olduqlaırnıd eyərək, bölgəyə yön alıblar"
Məlumata əsasən, hazırda Rakka və Deyr əz-Zor ətrafına 60 mindən çox hərbçi cəmlənib: "Müharibə hər an alovlana bilər".
Tahir Şəlvəli
MİA.AZ