Bunu Demokrat.az-a açıqlamasında Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsinin vurulmasından danışan deputat Asim Mollazadə deyib.
Millət vəkili bildirib ki, Rusiya öz imperiya ambisiyalarını hər formada ifadə edir:
"Rusiya tək Azərbaycan üçün deyil, bütün keçmiş sovet ölkələri üçün böyük bir təhlükədir. Rusiyanın Ukraynada həyata keçirdiyi insanlığa qarşı cinayətlərin qarşısını dünya almağa çalışmalıdır və Rusiyanı cilovlamalıdır. Əks halda Rusiya öz hücumlarını daha da genişləndirəcək".
Cavidan Mirzəzadə
Demokrat.az