RU

Ekvadorda bilyard zalında atışma olub, yeddi nəfər ölüb

Ekvadorda bilyard zalında atışmada yeddi nəfər öldürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, silahlı şəxslər Ekvadorun Santo Domingo şəhərindəki bilyard zalında azı yeddi nəfəri güllələyərək öldürüblər.

Ölkənin milli polis xidməti bildirib ki, paytaxt Kito şəhərindən təxminən 150 kilometr qərbdə yerləşən Santo Domingodakı bilyard zalında “yeddi nəfər güllə yarasından ölüb”.

Polis hadisəni araşdırdıqlarını və cinayətkarların axtarışında olduqlarını bildirib.

Təhlükəsizlik kamerası görüntülərində bir neçə maskalı silahlının bilyard zalının girişində dayanan iki nəfərə atəş açdığı və ətrafdakı insanların qaçaraq canını qurtarmağa çalışdığı görünür.

Silahlılar daha sonra zala daxil olub atəş açmağa davam edir və polis maşını yaxınlaşmazdan əvvəl hadisə yerindən qaçırlar.

Избранный
71
18
operativmm.az

10Источники