RU

Maliyyə Nazirliyi aqrar subsidiyalarla bağlı islahatlar keçirəcək

 Azərbaycan Maliyyə Nazirliyi aqrar sahədə subsidiyaların təyinatı ilə məhsuldarlıq göstəriciləri arasında uyğunsuzluqlar olduğunu açıqlayaraq, sistemin nəticə əsaslı islahatını tövsiyə edib. Bu barədə 2024-cü il üzrə büdcə icrasına dair hökumət hesabatında bildirilir.

Əkin subsidiyası əmsallarının artırılmasına baxmayaraq, bəzi bitki növləri üzrə istehsalda azalma müşahidə olunub.

İribuynuzlu və xırdabuynuzlu heyvanların sayı da subsidiyalara baxmayaraq azalıb.

Nazirlik yerli mütəxəssislərin sahə qiymətləndirmələrinin aparılması, nəticəyə bağlı şərtli ödəniş modellərinin tətbiqi, şəffaflıq və ictimai hesabatlılığın gücləndirilməsi, hüquqi baza və EKTİS sistemi ilə inteqrasiyanın genişləndirilməsini tövsiyə edib.

N.Təbrizli

Избранный
52
50
anews.az

10Источники