RU

Qonşu ölkədə matəm elan edildi

Rusiya Silahlı Qüvvələrinin Xarkov şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi hücum nəticəsində 5 nəfər həlak olub, 30-dan çox mülki şəxs yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov məlumat yayıb və baş verənlərlə əlaqədar Xarkovda matəm elan edilib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun açıqlamasına görə, həlak olanlar arasında 2 uşaq da var. Hücum zamanı yaralananlar arasında isə 6 uşaq olduğu bildirilir.

Избранный
65
50
demokrat.az

10Источники