RU

Valideynlərin DİQQƏTİNƏ – Yeni doğulan körpələr ən çox bu xəstəliklərə yoluxur

Ötən il bir yaşa qədər körpələr ən çox tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkib.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsindən “report.az”a verilən məlumata görə, bu göstərici hər min nəfər körpəyə 289,7-dur.
 

Bundan başqa, sinir sisteminin və hissiyyat orqanlarının xəstəlikləri, yoluxucu və parazitar xəstəliklərə də yoluxma sayı yüksəkdir. Belə ki, sinir sisteminin və hissiyyat orqanlarının xəstəliklərinə hər min nəfər körpədən 94,6-sı, yoluxucu və parazitar xəstəliklərə isə 65,9-u yoluxub.


Məlumata əsasən, 2024-cü ildə bir yaşı olan körpələr arasında da ən çox tənəffüs orqanlarının (hər min nəfərə 30,8), sinir sisteminin və hissiyyat orqanlarının (hər min nəfərə 10,1) xəstəliklərinə rast gəlinib.

Bizim.Media

Избранный
23
12
bizim.media

10Источники