Ərəb turistlərin Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib videoya çəkməsi ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə “Teleqraf.az”a Dövlət Turizm Agentliyindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO
Vurğulanıb ki, Dövlət Turizm Agentliyi mütəmadi olaraq maarifləndirici təlim və görüşlər təşkil edir:
"Agentlik turizm şirkətləri və turizm bələdçilərinə ölkəyə gələn xarici vətəndaşlara turistik məlumatlarla yanaşı, ölkə haqqında vacib məqamlar, o cümlədən milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında da ətraflı informasiya verməyi tövsiyə edir".
Bizim.Media