RU

Ölkə üzrə 3 min 200-dən çox şəxsə EVDƏ XİDMƏT

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda ölkə üzrə 3 min 244 şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilir.

Hafta.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib. Qeyd edilib ki, onlardan 3 minə yaxını ahıllar, digərləri əlilliyi olan şəxslərdir. Xidmət göstərilən şəxslərdən 2 min 493-ü qadın, 751-i kişidir.

Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili sahəsində kömək göstərirlər.

Избранный
50
3
hafta.az

10Источники