RU

Günümüzün ən gəlirli BİZNESİ – Oxuyanlar və psixi porblem yaşayanlar bir mərkəzdə birləşdirilir

Paytaxtın və ətraf qəsəbələrin məhəllərində özünəməxsus “vizual statistika” var: demək olar ki, hər 5 obyektin 3-ü ya hazırlıq kursu, ya da psixoloji mərkəzdir. Əvvəllər mağaza və kafe lövhələrinin üstünlük təşkil etdiyi küçələr indi “Hazırlıq kursları”, “Psixoloji dəstək”, “Uşaq inkişaf mərkəzi”, “Tədris mərkəzi” kimi  adlarla doludur. Məsələn, təkcə Masazırın 8-10 binasından ibarət kiçik məhəlləsində 8 hazırlıq kursu, 5 psixoloji mərkəz var.

Sual yaranır ölkədə oxumaq istəyən çoxdur, ya havalanan?

Təhsil eksperti Böyükxan Babayev Bizim.Media-ya açıqlamasında bu mənzərəni sosial gerçəyin məhsulu kimi qiymətləndirdi.

Onun sözlərinə görə, məktəb proqramının imtahan formatına uyğun olmaması, buna görə də əlavə repetitor hazırlığında güclü rəqabətin yaranması nəticəsində hazırlıq kurslarına axın başladı:

“Digər tərəfdən də getdikcə ipə-sapa yatmayan uşaqların peşəkar nəzarətə alınması, ali məktəblərə hazırlaşan abituriyentlərin həyəcanının idarə edilməsi psixoloji mərkəzlərə müraciət edənlərin sayını artırdı. Belə olduqda hər iki sahəni birləşdirən mərkəzlər çoxaldı”. 
 

Həmçinin mütəxəssislər bildirirlər ki, iaşə obyektləri və mağazalarla müqayisədə hazırlıq kursu və psixoloji mərkəz açmaq daha az ilkin sərmayə tələb edir. Kiçik ofis, bir neçə ixtisaslı kadr və minimal avadanlıq kifayətdir. Üstəlik, nə qədər ki, həyati stresslər və təhsil problemləri var, “müştəri” axınının ardı kəsilməyəcək.


Təhsil sistemi dəyişməyincə və psixoloji dəstək hər tinbaşı əlçatan olduqca sosial problemlər ticarətə çevriləcək...  

Şəfiqə Şəfa, Bizim Media

Избранный
34
50
bizim.media

10Источники