RU

MARAQLI TƏKLİF: “Artıq "Qarabağ"a dövlət fərqlənmə nişanları verilməlidir” - VİDEO

"Artıq "Qarabağ"a dövlət fərqlənmə nişanları verilməlidir.

Ona görə ki, 12-13 ildir bu cür çempionatda oynayaraq, ardıcıl avrokuboklarda qrup mərhələsinə yüksəlir.

"Sabah"a da inamım yüksəkdir. Xüsusilə, Valdas Dambrauskasa.

Amma "Levski" ilə oyunlardakı çatışmazlıqlar aradan qaldırılmalıdır. Qonaqlar topu "Sabah"a verib, komandamızın hücumlarına şərait yaratdılar.

Sonradan mərkəzdə basqı quraraq geri oynamağımıza məcbur etdilər. Məşqçi işi göz önündə idi".

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərov verilişdə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran "Sabah" barədə danışıb, "Qarabağ"la bağlı təklifi irəli sürüb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
32
50
sportinfo.az

10Источники