RU

Cəlilabadda elektrik dirəkləri aşıb, 10-a yaxın iribuynuzlu heyvan tələf olub

Cəlilabad rayonunda iribuynuzlu heyvanlar elektrik vurması nəticəsində tələf olub...

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Zərbiəlli kəndində qeydə alınıb.

Kənd ərazisində biçilmiş əkin sahəsinin yandırılması səbəbindən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb. Həmin vaxt həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq tələf edib.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.

Araşdırma aparılır.

Poliqon.info

Избранный
56
50
poliqon.info

10Источники