RU

Avropa İttifaqında çaxnaşma: Trampın qəzəbindən qorxurlar

ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında gözlənilən görüşlə bağlı Avropa İttifaqı (Aİ) liderləri arasında çaxnaşma yaşanır.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Aİ rəsmisi nəşrə deyib ki, ittifaq liderləri Zelenskinin Trampı qəzəbləndirməsindən qorxurlar.

Mənbə qeyd edib ki, İraq müharibəsindən sonra belə bir görüş ilk dəfədir bu qədər tez hazırlanır. Diplomat bildirib ki, əsas vəzifə fevralda Ağ Evdə Tramp-Zelenski danışıqları nəticəsində yaranmış qalmaqalın təkrarlanmamasıdır.

Xatırladaq ki, ABŞ və Ukrayna liderləri arasında görüş bu gün Ağ Evdə keçiriləcək.
Избранный
51
50
sherg.az

10Источники