RU

Bu ölkədə “Comedy Club” qadağan edilib

Ajans.az Shot Telegram kanalına istinadən xəbər verir ki, yerli təşkilatçılar ilk dəfə 2023-cü ildə məhdudiyyətlərlə üzləşiblər. Həmin vaxt Daşkənddə “Musiqili Komediya Klubu” şousunun keçirilməsi planlaşdırılsa da, texniki səbəblərdən tədbir baş tutmayıb. Bununla yanaşı, Özbəkistan Mədəniyyət Nazirliyi rəsmi şəkildə bildirib ki, tamaşada nümayiş etdirilən ailə, nikah və gender münasibətləri milli mənəviyyata ziddir. Tədbir təşkilatçılarının sözlərinə görə, bu səbəbdən ölkədə komediyaçıların çıxışları tez-tez ləğv olunur. Konsert proqramları əvvəlcədən nəzərdən keçirilir və lazım gəldikdə məzmununa dəyişikliklər edilir. Xüsusilə, Aleksey Şerbakovun stend-ap çıxışı redaktə edilib, reper T-Festin konserti də məhdudiyyətlərlə üzləşib. Təşkilatçılar qeyd ediblər ki, tətbiq olunan senzura səbəbindən onların gəlirləri 90 faizə qədər azalıb. Xatırladaq ki, “Comedy Club” rezidenti Pavel Volya bir müddət əvvəl verilişdə senzuradan danışaraq, layihədə çalışdığı müddətdə belə məhdudiyyətlərlə rastlaşmadığını vurğulamışdı.

 

Избранный
40
50
Ajans.az

10Источники