RU

Rusiya SOCAR-ın Odessadakı məntəqəsini bombardman etdi- DƏHŞƏTLİ PARTLAYIŞVİDEO

Rusiya ordusu Ukraynaya növbəti zərbələr endirib.

Avqustun 17-də Rusiya hərbçiləri Ukrayna ərazisinə həm pilotsuz uçuş aparatları, həm də raketlər buraxıblar. Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Telegram kanalında açıqlayıb.

Məlumata görə, Odessada rusların “Şahed” tipli dronları “Nova Poçta” şirkətinə məxsus terminallardan birini və SOCAR-ın yanacaqdoldurma məntəqəsini hədəfə alıb. Nəticədə şəhərdə güclü partlayış baş verib.

Hələlik dağıntıların miqyası və mümkün itkilər barədə rəsmi açıqlama verilməyib.

Bu, SOCAR obyektlərinin Rusiya tərəfindən ilk dəfə hədəf alınması deyil. Avqustun 7–8-də də Rusiya ordusu Odessa bölgəsində SOCAR-ın neft deposuna dron hücumu təşkil edib. Hücum nəticəsində boru xətti partlamış, yanğın baş vermiş və dörd SOCAR əməkdaşı yaralanmışdı. Hadisə ilə bağlı Bakıdan Ukraynaya təcili yardım göndərilmiş, Azərbaycan hökuməti 2 milyon dollarlıq humanitar yardım ayıracağını açıqlamışdı.

Bundan əvvəl isə Azərbaycanın qazının Ukraynaya nəql edildiyi enerji obyektinə hücum edilmişdi.

Ekspertlər bildirirlər ki, Rusiya tərəfindən SOCAR-a məxsus obyektlərin hədəf alınması təsadüfi deyil. Bu hücumların həm Ukraynanın enerji təhlükəsizliyinə, həm də Azərbaycanla Kiyev arasındakı strateji əməkdaşlığa zərbə vurmaq məqsədi daşıdığı qeyd olunur.

Musavat.com

Избранный
23
50
editor.az

10Источники