RU

50.000 əsgər döyüş hazırlığı vəziyyətinə gətirildi - Suriyada

PKK terror təşkilatının Suriya qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) razılaşmadan imtina etdikdən sonra Dəməşq hökuməti təşkilatı tərksilah etmək üçün əməliyyat hazırlığına başlayıb.

Ölkə.az “The National”a istinadən xəbər verir ki, Suriya ordusu Rəqqa və Deyr əz-Zordan SDQ-ni tərksilah etmək üçün Palmira, Suxna və Rusafa 50 min hərbçi yerləşdirib. Bölgədə terror təşkilatına qarşı çıxan ərəb qəbilələrinin əməliyyata dəstək verəcəyi də bildirilib. Hesabatda həmçinin qeyd olunub ki, SDQ daxilindəki 70 minlik silahlı qrupların 30 faizini ərəblər təşkil edir. Həmçinin ərəb əsilli döyüşçülərin münaqişə vəziyyətində Suriya Ordusuna keçə biləcəkləri söylənilir.

Əməliyyatın keçirilməsinə səbəb isə 2025-ci il 10 martda Suriyada yeni hökumətlə SDQ arasında müqavilə imzalanıb. Razılaşmaya əsasən, SDQ-yə bağlı silahlı qüvələr Suriya ordusuna inteqrasiya olunacaq. Lakin aradan keçən müddətdə SDQ razılaşmanın şərtlərinə əməl etməməklə yanaşı, separatçı fəaliyyətlə də məşğul olub.

Mürtəza

Избранный
40
8
olke.az

10Источники