RU

Tramp bugün Ağ Evdə Zelenski və Avropa liderlərinin iştirakı ilə mühüm görüş keçirəcək

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Bugün Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderlərinin iştirakı ilə mühüm görüş keçiriləcək.

TurkicWorld xəbər verir ki, Tramp görüşdən öncə Zelenskiyə ünvanladığı mesajda Ukraynanın NATO-ya qoşulmayacağını və 2014-cü ildə ilhaq edilmiş Krımın geri qaytarılmayacağını vurğulayıb. O bildirib ki, Ukrayna prezidenti istəsə, müharibəni “demək olar ki, dərhal” dayandıra bilər.

Trampın bu açıqlaması Avropa liderlərinin də diqqətini çəkib. Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, Böyük Britaniyanın baş naziri Keir Starmer, İtaliyanın baş naziri Giorgia Meloni, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Finlandiya prezidenti Aleksandr Stubb və NATO-nun baş katibi Mark Rutte Zelenski ilə birlikdə Vaşinqtona gəliblər. Liderlər görüşdə ABŞ-ın təhlükəsizlik zəmanətləri və Rusiyanın sülh sazişində hansı güzəştlərə gedə biləcəyi barədə müzakirələrin aparılacağını gözləyirlər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə Alyaskada keçirilən sammitdə müharibənin dayandırılması üçün Krımın Ukraynaya qaytarılmaması və Ukraynanın NATO üzvlüyündən imtina etməsi kimi şərtlər irəli sürmüşdü. Rusiya rəsmiləri həmçinin gələcək sülh sazişi çərçivəsində Moskvanın da “effektiv təhlükəsizlik zəmanətlərinə” malik olmalı olduğunu bildiriblər.

Избранный
42
49
turkic.world

10Источники