RU

Alyaskada Putinin təyyarəsinə benzin satmayıblar –Nəğd pul verməli olublar

Rusiya prezidenti Putinin Alyaskadakı təyyarəsi sanksiyalara görə nağd şəkildə yanacaqla doldurulmalı olub.

AzPost bildirir ki, bunu NBC telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, bu, Rusiyanın hər gün çox sərt sanksiyaların nəticələri ilə üzləşməsinin nümunəsidir.
“Ruslar Alyaskaya enəndə yanacaq doldurmağa ehtiyac duydular. Onlar bizim bank sistemimizdən istifadə edə bilmədiklərinə görə təyyarələrinin yanacaqla doldurulması üçün pul ödəməyi təklif etməli oldular”, – siyasətçi deyib.

Almaniyanın “Bild” nəşri öz növbəsində yazır ki, Vladimir Putinin prezident təyyarəsindən başqa Ankoricdəki ABŞ Hərbi-Hava Qüvvələrinin Elmendorf-Rişardson aviabazasına daha bir neçə təyyarə enib. Onlar Alyaskaya rusiyalı jurnalistləri, həmçinin Putin və onun nümayəndə heyəti üçün maşınlar çatdırıblar. Bild-in hesablamalarına görə, yalnız yanacaq çənlərinin tutumu 152 620 litr olan prezident təyyarəsini tam yanacaqla doldurmaq üçün Rusiya nümayəndə heyəti 85 min ABŞ dolları (72 611 avro) nağd ödəməli olub.

AzPost.az

Избранный
46
50
azpost.info

10Источники