RU

Zelenski Trampla görüşmək üçün ABŞ-a gəlib - GÖRÜŞ SAATI BAKI VAXTİLƏ...

Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li həmkarı Donald Trampla görüşmək üçün Vaşinqtona gəlib.

Hafta.az xəbər verir ki, bu barədə V. Zelenski "Telegram" kanalında yazıb. O hamının eyni dərəcədə müharibəni tez və etibarlı şəkildə bitirmək istədiyini vurğulayıb:

"Necə ki illər əvvəl Ukrayna Krımdan və Şərqimizin bir hissəsindən - Donbasın bir hissəsindən imtina etmək məcburiyyətində qaldı və Putin bundan sadəcə olaraq yeni hücum üçün tramplin kimi istifadə etdi. Yaxud 1994-cü ildə Ukraynaya guya “təhlükəsizlik zəmanəti” verilsə də, bir nəticə olmadı. Təbii ki, o zaman Krımdan imtina etməyə dəyməzdi, necə ki 2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa, Xarkovdan əl çəkmədilər".

"Ukraynalılar öz torpaqları, müstəqillikləri uğrunda mübarizə aparırlar. İndi Donetsk və Sumi vilayətlərində əsgərlərimiz uğur qazanır. Əminəm ki, biz Ukraynanı qoruyacağıq, onun təhlükəsizliyinə səmərəli təminat verəcəyik və xalqımız dəstək və əvəzsiz köməyə görə Prezident Trampa, Amerikadakı hər kəsə, hər bir tərəfdaşa həmişə minnətdar olacaq. Rusiya özünün başladığı bu müharibəyə son qoymalıdır. Və ümid edirəm ki, bizim Amerika ilə, avropalı dostlarımızla birgə gücümüz Rusiyanı əsl sülh bağlamağa məcbur edəcək. Təşəkkür edirəm!" - deyə Ukraya lideri vurğulayıb.

Donald Trampın görüşlərinə dair Ağ Evin dərc etdiyi cədvəldə qeyd olunur ki, görüş saat 21:15-də başlayacaq və bir saat davam edəcək. Qeyd edək ki, D.Tramp və V.Zelenski arasında görüş Ukrayna münaqişəsinin həllinə həsr olunacaq.

V.Zelenski ilə birlikdə Ağ Evə Trampla görüşə yollanacaq liderlər arasında Almaniya Kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corciya Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer və NATO-nun baş katibi Mark Rütte də var.

Избранный
69
50
hafta.az

10Источники