Misli Premyer Liqasının I turu iki legioner baş məşqçinin debütü ilə əlamətdar olub.
İdman.biz xəbər verir ki, portuqaliyalı Xorxe Kaskilya “İmişli”nin, serbiyalı Saşa İliç “Sumqayıt”ın “sükanı arxası”nda ilk çempionat matçına çıxıb.
Portuqaliyalının yetirmələri evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzubsa, serbiyalı komandası ilə “Kəpəz” üzərində qələbəyə sevinib – 3:0. Bununla da Premyer Liqa (əvvəllər güclülər dəstəsi) tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Kaşkilya ilk portuqaliyalı olubsa, İliç 5-ci serbiyalıdır. O, həm də “Sumqayıt”da 3-cü legioner çalışdırıcısı olub.
Qeyd edək ki, Kaskilya “İmişli”nin Premyer Liqada ilk baş məşqçisidir.
İdman.biz