
Rusiya FHN-in məlumatına görə, Ryazan vilayətində yerləşən “Elastik” zavodundakı partlayışda ölənlərin sayı 14-ə çatıb, 149 nəfər xəsarət alıb.Lesnoy qəsəbəsində xilasedicilər dağıntıları təmizləməkdə davam edirlər. Eyni zamanda FHN psixoloqları xəsarət alanlara və onların yaxınlarına yardım göstərir.Qeyd edək ki, avqustun 16-sı səhər saatlarında 11 nəfərin öldüyü və 135 nəfərin yaralandığı açıqlanmışdı. Onlardan 29-u xəstəxanaya yerləşdirilmişdi.Hadisə barədə ilk məlumat avqustun 15-də, Ryazan vilayətinin Şilovski rayonundan gəlib. İlkin versiyaya görə, partlayış barıt sexində baş verib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Partlayışa sursatın detonasiya etməsi səbəb olub.Ulusum.az
Diqqət Çəkənlər
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
FHN yanğın təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib
Britaniya kralı xərçənglə mübarizədə çətin günlər yaşayır