Finss.az - Futbol üzrə İngiltərə Premyer Liqasında yeni mövsümün ilk turunun oyunları davam edir.
Turun mərkəzi qarşılaşması Mançesterdə baş tutub. “Old Trafford”da keçirilən oyunda “Mançester Yunayted” – “Arsenal” matçında qonaqlar minimal hesabla qələbə qazanıblar. “Topçular”ın yeganə qolunu 13-cü dəqiqədə Rikkarko Kalafiori vurub.
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
-
“Liverpul” – “Bornmut” – 4:2
-
“Aston Villa” – “Nyukasl” – 0:0
-
“Tottenhem” – “Börnli” – 3:0
-
“Sanderlend” – “Vest Hem” – 3:0
-
“Brayton” – “Fulhem” – 1:1
-
“Vulverhemton” – “Mançester Siti” – 0:4
-
“Çelsi” – “Kristal Pelas” – 0:0
-
“Nottingem” – “Brentford” – 3:1
Qeyd edək ki, turun son oyunu avqustun 18-də keçiriləcək “Lids” – “Everton” matçı olacaq.