RU

Rusiyada zavodda partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Rusiyanın Ryazan vilayətindəki “Elastik” zavodunda baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bakues.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayətin əməliyyat qərargahı məlumat yayıb.

“Bu gün yerli vaxtla saat 7.00-a olan vəziyyətə görə, Şilov rayonunda baş verən fövqəladə hadisə nəticəsində 20 nəfər həlak olub. 134 nəfər xəsarət alıb, onlardan 31-i Ryazan və Moskva xəstəxanalarında stasionar, 103 nəfər isə ambulator müalicə alır”, – məlumatda bildirilib.

Xatırladaq ki, avqustun 15-i səhər saatlarında “Elastik” zavodunun barıt sexində partlayış və yanğın baş verib, sexin binası tamamilə dağılıb.

Избранный
37
25
icma.az

10Источники