Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” barıt zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yaralananların isə 134 nəfər olduğu qeyd edilib.
***
17 avqust, 21:30
Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” barıt zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə, yaralananların sayı isə 135 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Hazırda yenilənmiş məlumata görə, 149 nəfər xəsarət alıb, onlardan 14-ü ölüb”, - məlumatda deyilir.